Şənbə , 28 Mart 2026
Drone Cameras

Türkiyə səfirliyi yol qəzasında ölən azərbaycanlıların ailələrinə başsağlığı verib

Türkiyənin Azərbaycandakı Səfirliyi Qars şəhərinin Sarıqamış rayonunda dünən baş verən ağır yol qəzasında ölən azərbaycanlıəların ailələrinə başsağlığı verib.

Bu barədə “Report” səfirliyin tviterdəki hesabına istinadən xəbər verir.

“Qarsın Sarıqamış rayonunda baş verən avtobus qəzasında ikisi Azərbaycan vatandaşı olmaqla dörd nəfər həyatını itirib. Vəfat edən bütün qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbirlə başsağlığı, yaralılara şəfalar diləyirik”, – səfirliyin tviterdəki hesabında qeyd edilib.

Check Also

Yerevanda etirazçılar 44 günlük müharibə ilə bağlı hesabatın açıqlanmasını tələb ediblər

“Kavkazski uzel”in materialı Həlak olmuş və itkin düşmüş hərbçilərin yaxınları Ermənistan parlamentindən 44 günlük Qarabağ …