Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Slovakiya millisi baş məşqçisini dəyişə bilər

UEFA Millətlər Liqasında Azərbaycan millisinin rəqiblərindən olan Slovakiya yığmasının baş məşqçisi dəyişə bilər.

Boyukmillet.com “Report”a istinadən xəbər verir ki, hazırda komandanın sükanı arxasında olan Ştefan Tarkoviçin müqaviləsi dekabrın 31-dək nəzərdə tutulub.

Slovakiya Futbol Assosiasiyası Tarkoviçlə yanaşı, hazırda “Slovan” (Bratislava) klubunda işləyən Vladimir Vayssın da namizədliyini nəzərdən keçirir.

Qeyd edək ki, Azərbaycan millisi Slovakiya ilə ilk oyununu iyunun 10-da evdə, növbəti görüşü isə sentyabrın 22-də səfərdə keçirəcək.

Check Also

“Qarabağ”ın UEFA reytinqində yeni yeri müəyyənləşib

“Qarabağ”ın UEFA reytinqində yeni yeri müəyyənləşib. ​UEFA-nın açıqladığı klub əmsalları reytinqində Azərbaycan təmsilçisi “Qarabağ” 69-cu …