Bazar , 19 Yanvar 2025
Drone Cameras

Tehranda İran, Türkiyə və Rusiya prezidentlərinin Zirvə toplantısı keçiriləcək

Türkiyə, Rusiya və İran prezidentləri Suriyadakı böhranlı vəziyyətdən çıxış yollarını müzakirə etmək məqsədilə 2022-ci ilin fevral-mart aylarında Tehranda Zirvə toplantısı keçirmək barədə razılığa gəlib.

Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin xüsusi siyasi məsələlər üzrə müşaviri Əli Əsgər Haci məlumat verib.

“Belə bir sammitin keçirilməsi planlaşdırılır. Bu toplantını gələn ilin əvvəlində keçirməyə hazırlaşırıq. Bu pandemiya ilə bağlı vəziyyətdən asılı olacaq. Çox güman ki, toplantı fevral, ya da martda keçiriləcək”, – müşavir qeyd edib.

Qeyd edək ki, dekabrın 21-də Türkiyə, Rusiya və İran nümayəndələri Suriyadakı böhranlı vəziyyətdən çıxış yollarını müzakirə etmək üçün 17-ci dəfə Qazaxıstanın paytaxtı Nur-Sultanda toplanıblar.

Check Also

Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası ilə əlaqədar istiqamətlər müəyyənləşib

Görüş Şahin Mustafayev və Mher Qriqoryanın sədrliyi ilə reallaşıb Yanvarın 16-da Azərbaycanla Ermənistan arasında dövlət …