Cümə , 22 Noyabr 2024
Drone Cameras

Rövnəq Abdullayev: “Azərbaycan-Türkiyə enerji qardaşlığına töhfə verməyə davam edəcəyik”

“Bu il imzalanmış tarixi “Şuşa Bəyannaməsi” Azərbaycan və Türkiyə arasında geniş üfüqlər açır və birlikdə görəcəyimiz çox işlər var”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Bakıda keçirilən Azərbaycan-Türkiyə I Enerji Forumunda bildirib.

“İki ölkənin dövlət başçılarının dəstək verdiyi Azərbaycan-Türkiyə enerji qardaşlığının daha yüksək inkişaf mərhələsinə çatmasına töhfə verməyə davam edəcəyik. SOCAR Türkiyənin İzmir şəhərinin Əliağa qəsəbəsində yerləşən “Petkim Holdinq”ə sahib olub, orada STAR neft emalı zavodu inşa edib və terminal istifadəyə verib. Bununla da, şirkət Türkiyənin enerji sektorunda ən böyük yatırıımcı olub”, – deyə o qeyd edib.

Xatırladaq ki, Dövlət Neft Şirkətinin bu günə qədər “SOCAR Terminal”, “Petkim”, “Star” Neft Emalı Zavodu və TANAP daxil olmaqla investisiya xərcləri 16,5 milyard ABŞ dolları keçib.

Şirkətin layihələrə investisiya xərcləri bu kimi olub: “Star” Neft Emalı Zavodu üzrə 6,3 milyard ABŞ dolları, SOCAR Depolama terminalı üzrə 600 milyon ABŞ dolları, “SOCAR Konteyner Terminalı” üzrə 400 milyon ABŞ dolları, “Petkim”in özəlləşdirməsi üzrə 2 milyard 40 milyon ABŞ dolları və əlavə olaraq, hər il təxmini 100 milyon ABŞ dolları məbləğində vəsait yatırıllr. Trans-Anadolu Qaz Boru Kəmərinin tikintisinə isə 6,5 milyard ABŞ dolları yönəldilib.

Check Also

Naxçıvanda Energetiklər Günü qeyd olunub

Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətində “20 oktyabr – Energetiklər Günü” münasibətilə tədbir keçirilib. Boyukmillet.com …