Türkiyədə işgüzar səfərdə olan İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli Türkiyə Böyük Millət Məclisinin deputatları ilə çoxsaylı görüşlər keçirib.
Boyukmillet.com xəbər verir ki, İSBAM sədri hakim AKP-dən olan deputatlarla yanaşı, MHP və İYİ partiyadan olan deputatlarla da ölkələrimiz arasında uğurla yüksələn əməkdaşlıq münasibətlərini, həmçinin, ikitərəfli məsələlər barədə ətraflı müzakirələr aparıb.
Tərəflər bu cür təmasların sıx davam etməsi barədə qarşılıqlı razılaşma əldə ediblər.
Onu da qeyd edək ki, bir neçə gün əvvəl İSBAM Ankarada “Zəfər media” mükafatının təqdimat mərasimini keçirib.