Çərşənbə , 15 Yanvar 2025
Drone Cameras

Parisdə Xocalı soyqırımı tədbiri keçirilən kilsəyə ermənilər basqın ediblər – FOTO

Paris şəhərində ermənilər Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbirin keçirilməsinə mane olmağa cəhd göstəriblər.

Boyukmillet.com xəbər verir ki, Azərbaycanın Fransadakı səfirliyi və YUNESKO yanında daimi nümayəndəliyinin Parisin “San-Eustache” kilsəsində Xocalı soyqırımı ilə bağlı keçirməyi planlaşdırdığı tədbirin başlamasına 10 dəqiqə qalmış bir qrup erməni kilsəyə basqın edib.

Təxribatçılar qışqıraraq, kilsədəki stulları sındırmağa, qonaqlara qarşı nalayiq hərəkətlər etməyə cəhd göstəriblər. Onlar daha sonra tədbir iştirakçılarını kilsəni tərk etməyə çağıraraq, qonaqları təhqir ediblər. Lakin tədbirə gəlmiş qonaqlar kilsəni tərk etməyiblər. Onların əksəriyyəti kilsəyə basqın edən ermənilərə öz etirazlarını bildirərək, təxribatçılardan kilsəni tərk etmələrini tələb ediblər.

Əraziyə çağırılan Fransa polisi 20 nəfərdən ibarət erməni təxribatçılarını kilsədən çıxarıblar.

Ardınca tədbirə start verilib və yüksək təhlükəsizlik şəraitində davam etdirilib. 

Check Also

Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir