Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Son 5 ildə Türkiyə ordusunun 150 generalı vəzifəsindən azad edilib

“Türkiyə Silahlı Qüvvələrindən 2016-cı il iyulun 15-də xain çevriliş cəhdindən indiyədək 150-si general olmaqla 24 256 hərbçi vəzifəsindən azad edilib”.

Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Onun sözlərinə görə, 1 185 şəxsi heyətlə bağlı inzibati proses davam edir: “FETÖ, PKK/YPG, İŞİD terror qruplaşmaları başda olmaqla bütün təhlükə və təhdidlərə qarşı mübarizə qətiyyətlə aparılır”.

Check Also

Azərbaycan boksçusu dünya çempionatında qızıl medal qazanıb

Azərbaycan boksçusu Sübhan Mamedov (48 kq) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında qızıl …