Şənbə , 23 Noyabr 2024
Drone Cameras

“Hörmətə və qayğıya layiq olanların heç zaman dövlət başçısının diqqətindən kənarda qalmır” – Hərbi ekspert

Prezident İlham Əliyevin bu gün imzaladığı fərmana əsasən 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə veriləcək.

Boyukmillet.com xəbər verir ki, fərmanı şərh edən “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli hörmətə və qayğıya layiq olanların heç zaman dövlət başçısının diqqətindən kənarda qalmadığını bildirib.

“Bu fərman çox sualların cavabıdır. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab İlham Əliyev hər zaman Qarabağ uğrunda vuruşmuş insanları yüksək qiymətləndirib. Bu fərman da bu qiymətin növbəti təzahürüdür”.

Emin Həsənli hesab edir ki, bu fərman ölkədə gənclərin hərbi vətənpərvərlik ruhuna da müsbət təsir edəcək: “Hər bir Azərbaycan vətəndaşı bilir ki, Vətənin dar günündə səfərbər olan insanları nə xalq, nə dövlət diqqətdən kınarda qoymur. Gəncələr də bilməlidir ki, bu vətən üçün səfərbər olmaq hər zman qürurludur. Prezidentin fərmanı da gənclərdə həqiqətin harada olduğunu müəyyənləşdirməyə bir vəsilə olacaq. Bu fərman həm də cəmiyyətimizdə arzuolunmaz meyllərin daşıyıcılarına tutarlı bir mesajdır. Dövlətimiz hər zaman qazilərimizin yanında olub və yanındadır”.

“Xüsusi olaraq qeyd etmək istərdim ki, İlham Əliyev daim müharibə veteranları və şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün mütəmadi addımlar atır. Bu katiqoriyadan olan insanların evlə təmin olunması, onlara maşınların verilməsi, müavinətlərin verilməsi ilə bağlı müxtəlif fərmanlar verilib. Və bu da o siyasətin davamıdır” – deyə birlik sədri vurğulayıb.

Check Also

Azərbaycan hərbçisinin vəfat etdiyi bildirilir

Nazirlik ölüm səbəbi kimi səhhətinin qəfil pisləşməsini göstərir Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəhri Fərman oğlu …