Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Fransada pandemiya dövründə koronavirusa rekord yoluxma qeydə alınıb

Fransada pandemiya dövründə koronavirusa rekord sayda yoluxma qeydə alınıb.

Boyukmillet.com  xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fransanın Milli İctimai Səhiyyə Agentliyi məlumat yayıb.

Belə ki, son 24 saat ərzində ölkədə 179 807 nəfər koronavirusa yoluxub.

Eyni zamanda qeyd edilir ki, ölkədə əlavə, gücləndirici peyvəndləmə kampaniyası uğurla həyata keçirilir. 23 milyondan çox fransız peyvəndin üçüncü dozasını qəbul edib ki, bu da 7 ay əvvəl vaksin sertifikatı alanların 88%-ni əhatə edir.

Check Also

İranda üç günlük matəm elan edildi

İran hökuməti ölkədə baş verən kütləvi iğtişaşlar zamanı onlarla insanın həlak olması ilə əlaqədar üç …