Bazar , 11 Yanvar 2026
Drone Cameras

Fransada eyni gündə iki məscidə hücum olub

Ötən gecə Fransada iki məscidə hücum olub.

Boyukmillet.com  “Habertürk”ə istinadən xəbər verir ki, təxribatlar Mure və Domene əyalətlərində qeydə alınıb.

Məscidlərin divarına “Müsəlmanlar zərərlidir” kimi sözlər yazılıb.

Fransa Türk Müsəlman Dərnəkləri Koordinasiya Komitəsi bu barədə açıqlamasında son vaxtlar ölkədə İslamofobiya meyillərinin artdığını və müsəlmanların birbaşa təzyiqlərə məruz qaldığını bildirib.

Qeyd edək ki, son hadisə ilə bağlı araşdırma başlanıb.

Check Also

Tehrandan Trampa açıq hədələmə: “İsrail və ABŞ bazaları qanuni hədəf olacaq”

İran hakimiyyəti ABŞ-a sərt xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, İran parlamentinin spikeri Məhəmməd Bağır …