Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

SON DƏQİQƏ: Azərbaycandan Moskvaya gedən avtobus yük maşını ilə toqquşdu – Ölənlər var / VİDEO

 
 
Azərbaycandan Moskvaya sərnişin daşıyan mikroavtobus Rusiyanın Stavrapol vilayətində qəzaya düşüb.
 
Boyukmillet.com xəbər verir ki, mikroavtobus saat 05.30 radələrində “Qafqaz” federal şossesində, Nevinnomısk şəhəri yaxınlığında “ZİL” markalı yük avtomobili ilə toqquşub.
 
Son məlumatlara əsasən mikroavtobusun sərnişinlərindən 6 nəfəri ölüb, qalanları müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Avtoqəzanın iştirakçılarının dəqiq sayı və onların yaşayış yeri məlum deyil.
 
Ehtimala görə sərnişinlərin hamısı Azərbaycan vətəndaşlarıdır. İlkin məlumata əsasən qəza yük avtomobilinin mikroavtobusun yoluna çıxması nəticəsində baş verib. 
 
Hazırda ölənlərin şəxsiyyətləri dəqiqləşdirilir.

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir