Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Polşa bu gündən bir il ATƏT-ə sədrlik edəcək

Polşa bir il Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrlik edəcək.

Boyukmillet.com xəbər verir ki, Polşa ATƏT-ə sədrliyi İsveçdən qəbul edib. Bu gündən Şərqi Avropa respublikası 57 ölkənin daxil olduğu beynəlxalq təşkilatda əlaqələndirici qismində çıxış edəcək.

Polşanın baş naziri Mateuş Moraveskinin sözlərinə görə, respublikanın hakimiyyət orqanları dünyanın bu hissəsində sülh və təhlükəsizliyin qeydinə qalmaq üçün hər şeyi edəcək, əgər təhlükələr aşkar edilərsə, Aİ və NATO-dakı tərəfdaşlara müvafiq siqnallar göndərəcək.

Polşanın ATƏT ərazisində münaqişələrin və böhranların həllinə diqqət yetirmək planlarını daha əvvəl respublikanın xarici işlər naziri Zbiqnev Rau açıqlayıb. Onun sözlərinə görə, Polşa sədrlik müddətində təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün bütün səyləri dəstəkləməyə çalışacaq.

“Bizim diqqətimiz cari münaqişələr və böhranlı vəziyyətlərə yönələcək”, – o deyib. Nazir bildirib ki, bunlar regional sabitliyə təsir edir.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …