Bazar , 29 Mart 2026
Drone Cameras

ABŞ-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

ABŞ-ın Nyu-York şəhərində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.

Boyukmillet.com xəbər verir ki, tədbirdə bir çox qardaş və dost ölkələrin (Türkiyə, Pakistan, İsrail) diplomatları, təşkilat və dərnək rəhbərləri, Nyu-York və ətraf ştatlarda yaşayan Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Mərasim dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Nyu-York–Azərbaycan Mədəniyyət Mərkəzi”nin rəhbəri Telman Cəlil, “Nyu-York Azərbaycan Amerika Qadın Assosiasiyası”nın prezidenti Minəvvər Vahabova, “Türk-Amerika Dərnəkləri Federasiyası”nın rəhbəri Zefirşan Muradoğlu qonaqları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib, ABŞ-da fəaliyyət göstərən Azərbaycan icmasına xoş arzularını çatdırıblar.

Çıxış edənlər xalqımızın müstəqillik tarixindən, həmrəylik və birlik sayəsində qazanılan böyük nailiyyətlərindən söz açıblar.

Check Also

AQC rəhbərliyi Latviya səfirliyində oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasının …