Şənbə , 28 Mart 2026
Drone Cameras

İsrailin hərbi helikopteri qəzaya uğrayıb, ölənlər var

İsrailin Müdafiə Qüvvələrinə məxsus “Eurocopter Panther” tipli helikopter qəzaya uğrayıb.

Məlumata görə, hadisə ölkənin şimalındakı Hayfa şəhəri sahillərində baş verib. Qəza zamanı helikopterdə üç ekipaj üzvü olub.

Hadisə yerinə çoxlu sayda axtarış-xilasetmə qrupu cəlb olunub. Axtarış-xilasetmə işləri havadan, qurudan və dənizdən davam etdirilir.

Boyukmillet.com xəbər verir ki, helikopterin heyət üzvlərindən biri tapılıb. Yaralı xəstəxanaya yerləşdirilib. Onun səhhəti barədə məlumat verilmir.

“Kan” radiosu isə digər 2 heyət üzvünün həlak olduğunu xəbər verib.

Helikopterin qəzaya uğraması səbəbi barədə məlumat verilmir. Hadisə ilə bağlı təhqiqat aparılır. 

Check Also

Yerin altında “cəhənnəm”: ABŞ 14 tonluq bunker bombaları atdı

ABŞ Hərbi Hava Qüvvələri İranın mərkəzi hissəsində yerləşən Kods şəhərindəki strateji yeraltı hərbi obyektlərə qarşı …