Bazar , 15 Noyabr 2026
Drone Cameras

Ermənistanda əsgər güllələnərək öldürülüb, xidmət yoldaşı saxlanılıb

Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu Movses Tadevosyan güllələnərək öldürülüb.

Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hadisə dekabrın 31-də baş verib.

Qeyd olunub ki, Vayosdzor rayonunun döyüş postunda xidmət edən hərbçi, 2003-cü il təvəllüdlü Movses Tadevosyan başından güllə yarası alıb.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, hərbçi xəstəxanaya aparılarkən yolda ölüb.

Movses Tadevosyanın xidmət yoldaşı hadisəni törətməkdə şübhəli bilinərək saxlanılıb.

Hadisənin səbəbləri araşdırılır.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …