Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Qazaxıstan Prezidenti: “Qanunları pozanlara qarşı sərt olacağam”

“Dövlət başçısı və bu gündən etibarən Təhlükəsizlik Şurasının sədri olaraq qanunları pozanlara qarşı maksimal şəkildə sərt olacağam”.

boyukmillet.com xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciətində söyləyib.

“Bu, dövlətimizin təhlükəsizliyi məsələsidir. Əminəm ki, xalq məni dəstəkləyəcək. Xalqın yanında olmaq mənim konstitusion borcumdur. Qazaxıstan tarixindəki bu qara zolağı birlikdə aşacağıq. Gəlin bu məsələdən güclü çıxaq”, – o bildirib.

Dövlət başçısı hüquq-mühafizə orqanları əməkdaşları arasında itkilərin də olduğunu açıqlayıb.

“Yaxın zamanda Qazaxıstanın siyasi transformasiyası ilə bağlı təklif paketi ilə çıxış edəcəyəm”, – Prezident vurğulayıb.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …