Bazar ertəsi , 9 Fevral 2026
Drone Cameras

Bakıda Zəfər Muzeyinin tikintisi ilə əlaqədar çoxmərtəbəli bina söküləcək

Bakının Xətai rayonunda Zəfər Muzeyinin tikintisi ilə əlaqədar 11 mərtəbəli bina söküləcək.

Xətai Rayon İcra Hakimiyyətindən  bildirilib ki, bina Cavanşir körpüsünün yaxınlığında, Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşir.

Qeyd edilib ki, bina dövlət sifarişi əsasında söküləcək. Bina sakinləri ilə danışıqlar aparılıb və xəbərdarlıq edilib. Köçürülmə ilə bağlı komissiya yaradılıb, kompensasiyanın məbləği müəyyənləşdirilib. Hazırda binadan sakinlərin köçürülməsi prosesi həyata keçirilir. Köçürülmə bitdikdən sonra bina söküləcək.

Check Also

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür

Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən …