Boyukmillet.com xəbər verir ki Naxçıvanda Çanaqqala zəfərinin 104-cü ildönümü təntənəli şəkildə qeyd olunub. Türkiyə Cumhuriyyətinin Naxçıvandakı Baş Konsulluğu tərəfindən bu münasibətlə təşkil olunan tədbirdə əvvəlcə Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib, şəhidlərin xairəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra tədbir iştirakçıları 1918-1920-ci illərdə erməni daşnakları ilə mübarizədə Naxçıvanın köməyinə gələn qardaş Türk ordusunun şəhid olmuş əsgərlərinin xatirəsinə Naxçıvanın Şəhidlər Xiyabanında ucaldılmış abidəni ziyarət edərək önünə tər güllər qoyublar.
Tədbirdə Türkiyə Cumhuriyyətinin Naxçıvandakı Baş Konsulu Mehmet Emin Kiraz çıxış edərək qeyd edib ki, 104 il öncə millətimiz dövrün ən böyük donanmalarını və dünyanın hər yerindən gələn əsgərləri özündə birləşdirən orduyla savaşıb və son döyüş 1915-ci il martın 18-də qələbə ilə başa çatıb. Bildirilib ki, Çanaqala sadəcə Türkiyənin deyil bütün millətlərin zəfəridir və onlar üçün bir ümüd işığı olub.
Türkiyə Silahlı Qüvvələrinin hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəsi, polkovnik Yusif Gündoğdu qeyd edib ki, Çanaqala zəfərinin türk tarixində ayrı bir yeri var. Çanaqqala döyüşündə Türkiyənin 253 min döyüşçüsü ilə yanaşı 3 minə yaxın azərbaycanlı da şəhid olub. O, çətin şəraitdə Qafqazdan və Azərbaycanın müxtəlif bölgələrindən Çanaqalıya gələrək orda könüllü döyüşən və şəhid düşən Azərbaycan türklərinin xatirəsi daim qəlbimizdədir.
Daha sonra tədbir iştirakçıları Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək şəhidlik zirvəsinə ucalanların məzarlarını və xiyabandakı “Ana abidəsi”ni də ziyarət edərək abidə önünə güllər qoyublar.