İçtimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli Novruz bayramı münasibətilə Azərbaycan xalqına tərbik ünvanlayıb. Təbrikdə deyilir:
Əziz xalqımız
Sizi milli bayramımız olan Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, əziz bayram günlərində hamınıza yüksək əhval-ruhiyyə, can sağlığı və xoşbəxtlik arzulayırıq. Novruz qədim dövrlərdən türklərin qeyd etdiyi törə bayramıdır. Əcdadlarımızdan bu günə qədər gəlib çatmış törə bayramını Novruz olaraq qeyd edirik. Milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsi olan bu bayram nəsillərdən bizə qalan böyük yadigardır. Ayrı-ayrı dövrlərdə bu bayrama qarşı yad idealogiyalar tərəfindən nə qədər təsir göstərilsə də, bu gün o öz mahiyyətini itirməmiş, xalqımızın milli düşüncəsindən heç vaxt qopmamışdır. Novruz bahar bayramı olaraq təbiətin elçisidir. Novruz saflıq və təmizlik, bolluq və ruzi bayramıdır. Qoy bu gözəl bayram hər bir Azərbaycanlının evinə xoş ovqat, ruzi-bərəkət, sevinc bəxş etsin.
Ölkəmizdə aparılan hərtərəfli inkişaf prosesi yazın gəlişi ilə İnşaallah daha da sürətlənməsini və xalqımızın rifah içərisində yaşamasını arzu edirik.
Novruz Bayramınız Mübarək Olsun!
Samir Adıgözəlli
İçtimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri