Cümə axşamı , 28 Noyabr 2024
Drone Cameras

Saxta din xadimlərinin fəaliyyəti məhdudlaşdırılacaq – RƏSMİ

Dini bilikləri olmayan şəxslər din xadimi kimi çalışa bilməyəcək.

Bu barədə Boyukmillet.com-un sorğusuna cavab olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Məlumata görə, attestasiyanın keçirilməsində məqsəd bu sahədə fəaliyyət göstərən təsadüfi şəxslərin kənarlaşdırılmasıdır:

“Bu sahədə dini bilikləri olmayan, lakin özünü din xadimi kimi təqdim edərək fəaliyyət göstərən şəxslər var. Bizim məqsədimiz həmin şəxsləri bu sahədən kənarlaşdırmaqdır. Din xadimlərinin attestasiyadan keçirilməsi onların peşəkarlıq qabiliyyətini artırmaq, dini marifləndirmə sahəsində də əhəmiyətli işlər görməkdir. Çalışırıq ki, bu sahədə dini bilikləri olmayan və təsadüfi adamların fəaliyyətini məhdudlaşdıraq. Bu məqsədlə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən mütəmadi olaraq attestasiyalar təşkil edilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də bu prosesdə iştirak edir. Attestasiyada müvəfəqiyyət qazanmış şəxslər isə QMİ sədrinin əmri ilə imam, imam müavini və mütəvəlli vəzifələrindən birinə təyin edilir”.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir