Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Taleh Bağırovun həyat yoldaşı telefon keçirməyə cəhd edib – RƏSMİ

Həbsdə olan “Müsəlman Birliyi” adlı təşkilatın sədri Taleh Bağırovun həyat yoldaşı Leyla İsmayılzadə telefon keçirməyə cəhd edib.

Bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidməti (PX) məlumat yayıb.

Bildirilib ki, hazırda Penitensiar xidmətin həbsxanasında cəza çəkən məhkum Taleh Kamil oğlu Bağırovun yanına üç azyaşlı övladları ilə birgə qısamüddətli görüşə gəlmiş həyat yoldaşı Bakı şəhər sakini Leyla Miryaqub qızı İsmayılzadə tərəfindən gətirilən sovqata və əşyalarına baxış keçirilib. Baxış zamanı uşaq çantasının içində oyuncaqların arasından 1 ədəd “Samsung” markalı mobil telefon və bir ədəd danışıq kartı aşkar edilib.

Xatırladaq ki, T.Bağırov və digərləri 2015-ci il noyabrın 26-da Nardaran hadisələrinə görə həbs olunub və 18 il müddətinə azadlıqdan məhrum edilib.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir