ABŞ Prezidenti Donald Trampın Qolan təpələri ilə bağlı açıqlaması bölgədə yeni böhranının əsasını qoydu.
Boyukmillet.com Teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda İslam Əməkdaşlıq Təşkilatının toplantısında çıxışı zamanı deyib.
O, sözünə belə davam edib: “Bu ərazi 1967-ci ildən İsrailin işğalı altındadır. Bununla təkcə ərəblər yox, türkmənlər də oradan köçməyə məcbur olub. Belə bir həssas məsələni sükutla qarşılamağımız qeyri-mümkündür.
Qolan təpələrinin işğalının qanuniləşdirilməsinə əsla izn vermərik və verməyəcəyik”.