Şənbə , 14 Fevral 2026
Drone Cameras

Əliyev və Paşinyan martın 29-da Vyanada görüşəcəklər

Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ nizamlanması üzrə görüşü martın 29-da Vyanada olacaq.

Bunu “İnterfaks Azərbaycan” agentliyinə Avstriya paytaxtındakı diplomatik mənbədən bildiriblər.

“Görüş 29 martda Vyanada olacaq və ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə keçəcək”, – agentliyin həmsöhbəti qeyd edib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov martın 14-də bildirmişdi ki, Bakı və Yerevan Azərbaycan Prezidenti İ.Əliyev və Ermənistan baş naziri N.Paşinyan arasında Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı görüşün keçirilməsinin tarixini razılaşdırırlar.

Onun sözlərinə görə, zirvə toplantısı ilə yanaşı, iki ölkənin xarici işlər nazirlərinin görüşü də hazırlanır.

Check Also

Azərbaycan neftinin qiyməti 70 dollara düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,17 ABŞ dolları və ya 3 % azalaraq 70,03 ABŞ dolları …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir