Çərşənbə , 15 Yanvar 2025
Drone Cameras

Ali Məclisin Sədri Fərman imzaladı

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 29-da “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi barədəfərman imzalayıb.

Boyukmillet.com-un məlumatına görə, fərmanda deyilir:

“Sosial-iqtisadi inkişaf sahəsində qəbul edilmiş dövlət proqramlarının uğurla icrası muxtar respublika iqtisadiyyatının daha da güclənməsini, makroiqtisadi göstəricilərin bütün parametrləri üzrə inkişaf dinami­kasının qorunub saxlanmasını təmin etmişdir. İqtisadi inkişafın əsas göstəricisi sayılan ümumi daxili məh­sulun həcmi birinci proqramın qəbul edildiyi  2004-cü illə müqayisədə 12 dəfə artaraq 2 milyard 773 milyon 20 min manatdan çox olmuşdur. Ümumi daxili məhsulda maddi istehsal sektorunun xüsusi çəkisinin 60 faizə yaxın olması isə sabit iqtisadi artımın daha bir göstəricisidir.

Aparılmış təhlillər və formalaşmış əlverişli iqti­sadi mühit muxtar respublikada mövcud olan bütün resurslardan səmərəli istifadənin təşkili, investisiya qoyuluşlarının artırılması, sosial infrastruktur təmina­tının gücləndirilməsi, yeni istehsal və xidmət sahələ­rinin, iş yerlərinin yaradılması, əhalinin məşğulluq sə­viy­yəsinin daha da yüksəldilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair  4-cü Dövlət Proqramının qəbul olunması zərurətini yaratmışdır.

Naxçıvan Muxtar Respublikasının Konstitu­siya­sının 5-ci maddəsinin  II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, muxtar respublikada növbəti mərhə­lədə iqtisadiyyatın çoxşaxəli və davamlı inkişafının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması məqsədi ilə qərara alıram:

1. “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proq­ramı” təsdiq edilsin.

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə Dövlət Proqramının icrası üçün zəruri tədbirlər görsün.

3. Naxçıvan Muxtar Respublikasının İqtisa­diyyat Nazirliyi Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələn­dirsin və ic­rası barədə ildə bir dəfə Naxçıvan Muxtar Respublika­sının Ali Məclisinə məlumat versin”.

Check Also

Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir