Suriyada terrorçuların snayper və minaatanlardan hücumları nəticəsində iki əsgər yaralanıb.
Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiyanın Suriyadakı Barışıq Mərkəzi rəhbərinin müavini kontr-admiral Oleq Juravlev bildirib.
“Latakiya əyalətində Karamanlı bölgəsindən olan terrorçuların Kulcok qəsəbəsi ərazisində hökumət qüvvələrinin mövqelərinə həyata keçirdikləri snayper hücumu nəticəsində bir Suriya əsgəri yaralanıb”, – o deyib.
Kontr-admiralın sözlərinə görə, Bərza-Fauqani bölgəsindən minaatanlardan atəş nəticəsində İkko qəsəbəsi ərazisində hökumət qüvvələrinin mövqelərində suriyalı əsgər də yaralanıb.