Şənbə , 23 Noyabr 2024
Drone Cameras

XİN: “Türkiyə-Ermənistan danışıqlarının davam etdirilməsi barədə razılıq əldə olunub”

“Tərəflər müzakirələri ilkin şərtlər olmadan davam etdirməyə razılaşıblar”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə və Ermənistanın münasibətləri normallaşdırma üzrə xüsusi nümayəndələrinin ilk görüşü ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyi açıqlayıb.

“Xüsusi nümayəndələr pozitiv və konstruktiv atmosferdə gerçəkləşən ilk görüşdə Türkiyə və Ermənistan arasında dialoq yolu ilə davam etdiriləcək normallaşma prosesinə yönəlik fikir mübadiləsi aparıblar. İkinci görüşün yeri və tarixi diplomatik kanallar vasitəsilə müəyyənləşdiriləcək”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, bu gün Rusiyanın paytaxtı Moskvada Türkiyə və Ermənistanın münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubinyan arasında ilk görüş keçirilib.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …