Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 1 nəfər ölüb, 15 nəfər xəsarət alıb

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb.

Boyukmillet.com xəbər verir ki, hadisə Sivasda, Koyulhisar ərazisində baş verib. Belə ki, sərnişin avtobusu yük maşını ilə toqquşub. İlkin məlumata görə, qəza nəticəsində 15 nəfər xəsarət alıb. “Anadolu” agentliyi isə qəza zamanı 1 nəfərin həlak olduğunu xəbər verib. 

Hadisə yerinə təcili tibbi yardım, xilasedicilər və polis əməkdaşları cəlb edilib. Yaralılar xəstəxanalara çatdırılıb. Onlardan 4-nün vəziyyəti ağırdır.

Qəzanın qarlı hava şəraitindən baş verdiyi bildirilir.

Check Also

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı  əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu …