Bazar , 8 Fevral 2026
Drone Cameras

Milli Məclisin yaz sessiyasında ilk komitə iclası keçirilir

Milli Məclisin yaz sessiyasında ilk komitə iclası başlayıb.

Boyukmillet.com xəbər verir ki, hazırda parlamentin Elm və təhsil komitəsinin toplantısı keçirilir.

Deputatlar əvvəlcə komitənin 2022-ci ilin yaz sessiyası üçün iş planını və ötən sessiyada görülən işlərin hesabatını müzakirə edəcəklər. Daha sonra isə cari məsələlər ətrafında fikir və təkliflərini söyləyəcəklər.

Bu gün eyni zamanda, parlamentin Regional məsələlər komitəsinin də ilk iclası baş tutacaq. Toplantıda Milli Məclisin 2021-ci ilin payız sessiyası dövründə Regional məsələlər komitəsində görülən işlər barədə hesabat dinləniləcək, yaz sessiyası üçün iş planı müzakirə olunacaq.

Check Also

Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı müəyyənləşib

Milli Məclisin 2026-cı il yaz sessiyasının qanunvericilik işləri planı müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, qanunvericilik …