Bazar ertəsi , 9 Fevral 2026
Drone Cameras

Mövlud Çavuşoğlu Azərbaycan xalqına başsağlığı verib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

Boyukmillet.com  xəbər verir ki, o, bu barədə tviter hesabında paylaşım edib.

“Qardaş Azərbaycanın azadlıq yolunda tarixə düşmüş ən ağır xatirələrindən biri olan 20 Yanvar şəhidlərini rəhmət və hörmətlə anıram. Tək millət, tək ürək, tək can, Türkiyə-Azərbaycan”, – paylaşımda bildirilib.

Check Also

Tarixi məhkəmə başladı – Yekun qərar elan olunacaq

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən …