Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Baş prokuror: “Erməni cinayətləri rəsmiləşdirilib, sübutlar toplanılıb”

“Erməni cinayətləri rəsmiləşdirilib, sübutlar toplanılıb”

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

“Bunlar beynəlxalq məhkəmələrə müraciət edəndə də istifadə olunub. Həm də ikitərəfli qaydada həmin şəxslərin tapılması, təhvil verilməsi istiqamətində işlərimiz davam etdirilir. Bir neçə belə hal olub. Bunlarla bağlı mətbuata əvvəllər də bildirmişik ki, Azərbaycana qarşı törədilmiş cinayətlərdə iştirakı olan Ermənistan vətəndaşları və erməniəsilli şəxslər məsuliyyətə cəlb edilib, məhkum olunub və onlar cəzalar alıblar. Bu istiqamətdə fəaliyyətimizi davam etdiririk və etdirəcəyik”, – o vurğulayıb.

Check Also

İrandan Azərbaycana 65 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana paraplan vasitəsilə ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə keçirilməsinin qarşısı alınıb. …