Şənbə , 28 Sentyabr 2024
Drone Cameras

Türkiyənin Müdafiə Nazirliyi Azərbaycana başsağlığı verib

Türkiyənin Milli Müdafiə Nazirliyi 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

Boyukmillet.com xəbər verir ki, bu barədə nazirliyin tviter səhifəsində paylaşım edilib.

“1990-cı il yanvarın 20-də Azərbaycanda baş verən və “Qara Yanvar” olaraq adlanan qətliamda şəhid olan qardaşlarımızı rəhmətlə anırıq. Yaxşı gündə də, pis gündə də “tək millət, iki dövlət” olaraq azərbaycanlı qardaşlarımızla birlikdə olmağa davam edəcəyik”, – paylaşımda bildirilib.

Check Also

İcma: Mirzoyanın Azərbaycanda “erməni mədəni irsi”nin guya təhlükədə olması barədə bəyanatını qınayırıq

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Qədim Sivilizasiyalar Forumunda verdiyi bəyanatı kəskin şəkildə qınayır və …