Bazar ertəsi , 9 Fevral 2026
Drone Cameras

Kolumbiyada iki silahlı hücum olub, ölənlər və yaralananlar var

Kolumbiyanın şimalındakı Antiokiya departamentinin El-Baqre bələdiyyəsinə naməlum şəxslərin hücumu nəticəsində azı iki polis ölüb, bir polis əməkdaşı yaralanıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “El Espectador” qəzeti məlumat yayıb.

Məlumata görə, naməlum şəxslər partlayıcı qurğuların köməyi ilə patrul əməkdaşlarına hücum ediblər. Ehtimal olunur ki, cinayətin arxasında “Gulf Clan” cinayətkar dəstəsinin üzvləri dayanır. Polis bildirib ki, hücum bu həftənin əvvəlində təşkilatın üç üzvünün həbsinə cavab ola bilər.

Bundan əlavə, ölkənin şimal-şərqindəki Saravena şəhərində bomba yüklü avtomobilin partlaması nəticəsində bir nəfər ölüb, beş nəfər yaralanıb. Səlahiyyətlilər hücumda Kolumbiyanın ləğv edilmiş İnqilabçı Silahlı Qüvvələrinin keçmiş üzvlərinin iştirak etdiyini güman edir.

Check Also

Cəbhədə gərgin saatlar: Rusiya ordusu üç istiqamətdə irəliləyiş əldə edib

Ukraynadakı hərbi əməliyyatları aktiv izləyən “DeepState” monitorinq qrupu cəbhə xəttindəki son vəziyyətlə bağlı narahatlıq doğuran …