Bazar , 15 Noyabr 2026
Drone Cameras

Nazirlik: “7 700-ə yaxın şəhid ailə üzvünə vərəsəlik şəhadətnamələri verilib”

“Vətən müharibəsi iştirakçıları ilə bağlı həyata keçirilən sosial dəstək proqramları çərçivəsində 7 700-ə yaxın şəhid ailə üzvünə qısa müddətdə vərəsəlik şəhadətnamələri təqdim edilib”.

Boyukmillet.com-un xəbərinə görə, bunu Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov deyib.

Nazir müavini onların sosial ödəmələrinin vaxtında təmin olunduğu, bu sahədə məlumatlılığın artırılması məqsədilə nazirliyin rəsmi internet saytında “Vərəsəlik şəhadətnaməsi” adlı bölmənin istifadəyə verildiyi qeyd edib.

O bildirib ki, şəhid ailələrinə yardım məqsədilə xüsusi notariuslar onlara göstərilən xidmətləri vətəndaşlıq mövqeyindən çıxış edərək öz hesabına həyata keçirirlər.

Check Also

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlanıb

2027-ci il “Büdcə zərfi”ndə göstərilən fiskal risklərlə yanaşı, bir sıra digər amillər də dövlət maliyyə …