Şənbə , 23 Noyabr 2024
Drone Cameras

QHT sədrindən Nazirliyə tövsiyə: Yaradılacaq qurumun adı dəyişdirilsin!

Məlum olduğu kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi qurum yanında Məktəblilərin İctimai Şurası yaradılması və sənədlərin qəbulu haqqında elan verib. Belə bir İctimai Şuranın yaradılması nə qədər qanunvericiliyə uyğundur.


Mövzu ilə bağlı QHT.az-a danışan “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri Cəsarət Hüseynzadə bildirib ki, nazirliyin atdığı addım yanlışdır. 


“Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şura var və yeni formatda 2-ci bir qurumun yaradılması qanuna ziddir. Elanda qeyd olunur ki, – Şuraya 13-17 yaşlı məktəblilər öz namizədliyini irəli sürə bilər. Halbuki ictimai İştirakçılıq haqqında qanunvericiliyin tələbinə görə Azərbaycan Respublikasının 16 yaşına çatmış hər bir vətəndaşı ictimai şuranın üzvü ola bilər.

Göründüyü kimi bu məsələdə də  qanunvericiliyin tələbi pozulur. Son dövrlər bəzi qurumlar ictimai nəzarət və ictimai şura   adı ilə manipulyasiya etməyə cəhd edir.Mən anlayıram nazirlik hansısa maraqlı təşəbbüslə çıxış etmək istəyir. Bu yolverilməzdir. Lakin forma və metod düzgün seçilməyib. Tövsiyə edirəm ki, nazirlik yaradılacaq qurumun adını dəyişdirsin.” 

Check Also

QHT sədri deputatlığa namizədliyini irəli sürəcək

Bu il, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində vətəndaş cəmiyyətinin nümayəndələri də deputat mandatı uğrunda …