Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Türkiyə XİN başçısı: “Rusiya və Ukrayna liderləri ilə görüşlərin tezliklə keçirilməsini istəyirik”

“Biz tezliklə həm Rusiya, həm də Ukrayna liderləri ilə görüşlərin keçirilməsini istəyirik. Səylərimizin regionda gərginliyi azaldacağına ümid edirəm”.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mərkəzi afrikalı həmkarı Silviye Baipo-Temonla birgə keçirdiyi mətbuat konfransında deyib.

“Dialoqun davam etməyini istəyirik. Bir bəyanatla, bir sənədlə bütün problemlər həllini tapa bilməz. NATO Rusiya səfirinin geri çağırılmasını tələb edib. Beləliklə, gərginliyi azaldacaq addımlar ön plana çıxır. İkitərəfli əlaqələrimiz davam edir. Ərdoğan rusiyalı həmkarı ilə ötən il ərzində 10 dəfə telefonla, 1 dəfə üzbəüz söhbət edib. Mən isə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla 5 dəfə telefonla, 5 dəfə üz-üzə danışmışam. Həm Rusiya, həm də Ukrayna ilə yüksək səviyyəli əməkdaşlığımız var. Yəqin ki, Rusiya Prezidenti Vladimir Putinin Pekin Olimpiadasından sonra Türkiyəyə səfər barədə dəqiq tarixi açıqlanacaq”, – o vurğulayıb.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …