Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Zelenski Baydenlə danışıqlarının mövzusunu açıqlayıb

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Cozef Baydenlə telefonla diplomatik gərginliyin azaldılması səyləri və birgə tədbirlər, habelə Ukraynaya maliyyə dəstəyi imkanlarını müzakirə edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski tviter hesabında yazıb.

“ABŞ Prezidenti ilə uzun müddət telefon danışığı oldu. Gərginliyin azaldılması üçün davam edən diplomatik səyləri müzakirə etdik və gələcək üçün birgə hərəkətlər barədə razılığa gəldik. Davamlı hərbi yardıma görə Prezident Cozef Baydenə təşəkkür etdim. Ukraynaya maliyyə dəstəyi imkanları da müzakirə olundu”, – Zelenski sosial şəbəkədəki hesabında yazıb.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …