Bazar , 28 Aprel 2024
Drone Cameras

“Adam nə parlamenti yarıdır, nə dəmir yollarını” – Azər Həsrətdən Cavid Qurbanova KƏSKİN İRAD

"Adam nə parlamenti yarıdır, nə dəmir yollarını" – Azər Həsrətdən Cavid Qurbanova KƏSKİN İRAD

“Cavid Qurbanov həm “Azərbaycan Dəmir Yolları” QSC-nin rəisidir, eyni zamanda deputatdır. Adam nə parlamenti yarıdır, nə dəmir yollarını”.

Bu sözləri Boyukmillet.com-a Bakı-Gəncə sürət qatarının sürətinin zəifliyindən şikayətlənən Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyib.

Azər Həsrətin sözlərinə görə, Azərbaycanda dəmir yolu yoxdur:

“Bu yaxınlarda Gəncəyə sürət qatarı açılıb. Qatar əladır, bəs, sürət? Sürət 90-140 arası km göstərir. Bu sürətdir? Xeyr! Bakıdan Gəncəyə 340-350 kmilometrdir. Qatar Gəncəyə 2 saata getmək əvəzinə, 4 saata gedir. Dörd saata Gəncəyə gedən qatarı sürət qatarı hesab etmək olar? Azərbaycanda dəmir yolu yoxdur. Cavid Qurbanov dəmir yolları ilə məşğul olsa daha yaxşı olar. Parlamentdə kürsünü boş-boş məşğul etməsin. Onun kürsüsündə Azərbaycana fayda verən biri oturmalıdır”.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir