Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Ağdamda Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib

Ağdam rayonunun Quzanlı qəsəbəsində Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevlə görüş keçirilib.

Boyukmillet.com xəbər verir ki, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin təşkilatçılığı və Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən görüşdə yazıçının Ağdam, Bərdə və Mingəçevirdən olan oxucuları, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib.

Xalq yazıçısı yaradıcılığının əsas istiqamətləri barədə danışıb, tədbir iştirakçılarına klassik və müasir yazıçılarımızın əsərlərini, dünya ədəbiyyatını oxumağı tövsiyə edib, onların şəxsiyyət kimi formalaşmasında təhsilin əhəmiyyətinin vacibliyini vurğulayıb. Həm fərd, həm də dövlət olaraq güclü olmanın tək yolunun keyfiyyətli təhsil olduğunu bildirib.

Çingiz Abdullayev oxucuların suallarını ətraflı cavablandırıb, müəllifi olduğu kitabları imzalayaraq onu sevənlərlə xatirə şəkilləri çəkdirib.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir