Şənbə , 13 Dekabr 2025
Drone Cameras

“20 Yanvar” dairəsində “KamAZ” aşıb

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Boyukmillet.com xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

“20 Yanvar” metro stansiyasının yanında 1975-ci il təvəllüdlü Xəlilov Teymur Abbasəli oğlu idarə etdiyi “KamAZ” markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobil aşıb.

Hadisə zamanı sürücü müxtəlif xəsarətlər alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

Check Also

Salyanda 9 kiloqram narkotik satmaq istəyən şəxslər həbs olunub

Salyanda narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinən əvvəllər məhkum olunan Müşfiq Hüseynov və Anar Əsgərov həbs …