Çərşənbə axşamı , 31 Mart 2026
Drone Cameras

Bakıda avtomobillə vurulan gənc ağır xəsarət alıb

Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Boyukmillet.com xəbər verir ki, hadisə rayonun Mehdiabad qəsəbəsində qeydə alınıb.

Avtomobil yolu keçən 1994-cü il təvəllüdlü Şıxiyev Əhməd Arif oğlunu vurub.

Hadisə zamanı ağır bədən xəsarətləri alan yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Check Also

Həbsdə olan jurnalistin evini su basıb

Bakıya yağan yağışlar nəticəsində “Meydan TV işi” üzrə hazırda həbsdə olan jurnalist Fatimə Mövlamlının Binəqədi …