Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

İran Səudiyyə Ərəbistanı ilə danışıqları davam etdirməyə hazırdır

“Rəsmi Tehran nəticə əldə olunana qədər Ər-Riyadla danışıqlar prosesini davam etdirməyə hazırdır”.

Boyukmillet.com xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi İraqın baş naziri Mustafa Əl-Kazimi ilə telefon danışığı zamanı deyib.

Onun sözlərinə görə, regionun bütün problemləri həll oluna bilər:

“İran nəticə əldə olunana qədər Səudiyyə Ərəbistanı ilə danışıqları davam etdirmək niyyətindədir. Əgər səudiyyəlilər bunu qarşılıqlı anlaşma və hörmət mühitində etməyə hazır olsalar”.

Qeyd edək ki, 2021-ci il ərzində Tehran və Ər-Riyad Bağdadda dörd görüş keçirərək münasibətlərin normallaşdırılması imkanları ilə bağlı danışıqlar aparıblar.

Check Also

Gürcüstanda qrantlarla bağlı qanun sərtləşdirilir, həbs cəzası ağırlaşdırılır

Gürcüstan parlamenti “Qrantlar haqqında” qanuna dəyişiklikləri birinci oxunuşda (82 lehinə, 10 əleyhinə – Qeyd) qəbul …