Bazar , 29 Sentyabr 2024
Drone Cameras

Bakının mərkəzində iki piyadanı avtomobil vurub

Bakıda xəsarətlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib.

Boyukmillet.com xəbər verir ki, ilk hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, avtomobil Azadlıq prospektində yolu keçən 1992-ci il təvəllüdlü Mövsümov Natiq Vasif oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Digər hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb. Paytaxtın Dilarə Əliyeva küçəsində yolu keçən 1996-cı il təvəllüdlü Ramazanova Arzu Vaqif qızını avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Hər iki hadisənin təfərrüatı araşdırılır.

Check Also

Bakıda azyaşlı uşağa işgəncə verən atalığı həbs edilib

Bakıda azyaşlı uşağa işgəncə verən şəxs həbs edilib. Boyukmillet.com xəbər verir ki, hadisə Türkan qəsəbəsində …