Bazar , 29 Sentyabr 2024
Drone Cameras

Biləsuvarda Mübariz İbrahimovun doğum günü qeyd olunub

Biləsuvar rayonunda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü qeyd olunur.

Boyukmillet.com xəbər verir ki, qəhrəmanın ata ocağında, Əliabad kəndində yerləşən ev muzeyi ziyarət edilir.

Ziyarətdə rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak edirlər.

Milli Qəhrəmanın ev muzeyi ziyarət edilir, ailəsi ilə görüş keçirilir.

Qeyd edək ki, Milli Qəhrəmanın doğum günü ilə bağlı silsilə tədbirlər rayonun bir sıra müəssisələrində və digər idarələrdə də keçirilir.

Check Also

Əbülfəz Elçibəyin anadan olmasından 86 il ötür

Bu gün milli azadlıq hərəkatının rəhbərlərindən biri və Azərbaycan Respublikasının ikinci prezidenti (1992-1993) Əbülfəz Elçibəyin …