Cümə , 22 Noyabr 2024
Drone Cameras

Medianın İnkişafı Agentliyi yeni qanunun hədəflərini açıqlayıb

Medianın İnkişafı Agentliyi (MEDİA) “Media haqqında” qanunun imzalanmasından sonra bu sənədin hədəflərini açıqlayıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Agentliyin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli açıqlama verib.

“Bu qanunla hədəflərimiz nədir və nəyə nail olmaq istəyirik?

– Ölkəmizin milli informasiya mühitinin sağlamlaşmasına;

– Milli informasiya resurslarımızın güclənməsinə;

– Jurnalistika üçün həyati əhəmiyyət daşıyan plüralizmin qorunmasına;

– Jurnalistin sosial portretinin formalaşmasına, statusunun və imicinin yaxşılaşmasına, nüfuzunun güclənməsinə;

– Özfəaliyyət və qeyri-peşəkarlıqla, peşəkarlığın sərhədlərinin müəyyənləşməsinə;

– Mediada layiqli əmək münasibətlərinin möhkəmlənməsinə;

– Dövlətin medianın informasiya təminatını yaxşılaşdırmasına;

– Medianın iqtisadi müstəqilliyini gücləndirməyə yönəlmiş dövlətin güzəşt və imtiyazların dairəsinin müəyyənləşməsinə”, – MEDİA təmsilçisi bildirib.

 Natiq Məmmədli

Natiq Məmmədli

N.Məmmədli qeyd edib ki, “Media haqqında” qanunun imzalanması ilə eyni gündə dövlət jurnalistlərə güzəştli ipotekadan faydalana bilmək hüququ verib.

Onun sözlərinə görə, bu, Azərbaycan Prezidentinin media nümayəndələrinin sosial problemlərinə diqqətinin göstəricisidir:

“Dövlət hər hansı öhdəlik qoymadan özünün qulluqçusu, müəllimi, alimi, xüsusi nailiyyətləri olan idmançısı üçün nəzərdə tutduğu imtiyazları media nümayəndəsinə də şamil etdi. Bu, yalnız sosial siyasət deyil, eyni zamanda jurnalist peşəsinin və bütövlükdə medianın nüfuzunun yüksəldilməsinə yönəlmiş addımdır.

Amma unutmayaq, “Media Qanunu” dövlətin media mühitinə yanaşmasının göstəricisidir. Jurnalist üçün ən böyük dəyər onun təmiz reputasiyasıdır, sözünə olan ictimai etimaddır. Bunu jurnalist özü qazanır. Qanun isə öz şərəfli missiyasını yerinə yetirməsi üçün jurnalistin yanındadır”.

Check Also

Əhməd İsmayılov: Medianın yeni formalaşan trendləri özü ilə birlikdə texnoloji təhdidlərə də səbəb olur

Müasir dövrdə medianın yeni formalaşan trendləri özü ilə birlikdə pozitiv tendensiyalar formalaşdırmaqla yanaşı informasiya təhlükəsizliyi …