Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

DSX: “Dövlət sərhədində 12 kq narkotik aşkarlanıb”

Fevral ayının 7-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­larının “Göytəpə” sərhəd dəstəsinin hərbi qulluqçularının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Yar­dımlı rayonu­nun Arus kəndinin yaxınlığında yerləşən sərhəd zasta­vasının xidməti sahə­sin­də sərhədboyu ərazidə 1 ədəd sahibsiz bağlama aşkarlanıb.

Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, həmin bağlamaya baxış zamanı təxmini çəkisi 12 kiloqram narkotik vasitəyə (10 kq 70 qram heroin, 1 kq 25 qram metamfetamin) bənzər mad­də­lər aşkar­lanaraq götürülüb.

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Check Also

İrandan Azərbaycana 65 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana paraplan vasitəsilə ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə keçirilməsinin qarşısı alınıb. …