Çərşənbə axşamı , 9 Dekabr 2025
Drone Cameras

Baş Prokurorluq: “Vəli Mustafayev Masallının prokuroru vəzifəsindən azad edilməyib”

Baş Prokurorluq Masallı rayon prokuroru Vəli Mustafayevin xidməti vəzifəsindən azad edilərək prokurorluq orqanlarından xaric edilməsi ilə bağlı yayılan informasiyalara münasibət bildirib.

Boyukmillet.com xəbər verir ki, Baş Prokurorluğun yaydığı açıqlamada deyilir:

“Qeyd edilən məlumatlar tərəfimizdən təkzib edilməklə bildiririk ki, həqiqətə uyğun olmayan, müvafiq dövlət qurumu ilə dəqiqləşdirilməmiş, eləcə də ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş məlumatların yayılması qanunvericiliklə qadağan olunduğundan həmin media subyektləri barəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcəkdir”.

Check Also

BMT ukraynalı uşaqlarla bağlı qətnamə qəbul etdi: Azərbaycan səsvermədə iştirak etmədi

Dekabrın 3-də Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyadan zorla köçürülmüş və ya deportasiya edilmiş bütün ukraynalı …