“Formula 1” üzrə Azərbaycan Qran-prisinin proqramı bəlli olub.
Boyukmillet.com Beynəlxalq Avtomobil Federasiyasının (FIA) rəsmi tviter hesabına istinadən xəbər verir ki, yarış iyunun 10-da yerli vaxtla saat 15:00-da birinci sərbəst yürüşlə başlayacaq.
Saat 18:00-da isə ikinci test yürüşü gerçəkləşəcək.
İyunun 11-də saat 15:00-da üçüncü sərbəst yürüş, saat 18:00-da isə sıralama turu olacaq.
Nəhayət, iyunun 12-də əsas yarış saat 15:00-da start götürəcək.
Qeyd edək ki, “Formula 1″də yeni mövsüm martın 20-də Bəhreyndə başlayacaq. 10 – 12 iyunda Bakıda Azərbaycan Qran-prisi təşkil olunacaq.