Fransa Liqa 1-də XXIV turun son oyunu “Mets” və “Marsel” komandaları arasında keçirilib.
Boyukmillet.com-un məlumatına görə, Mets şəhərindəki Sen-Simforyen Bələdiyyəsinin stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb – 2:1.
“Marsel”in ilk qolunu 26-cı dəqiqədə yeni transfer Sedrik Bakambu, 82-ci dəqiqədə isə Arkadiuş Milik vurub. “Mets”in yeganə qoluna isə 52-ci dəqiqədə Diqbo Mayqa imza atıb.
Bununla da xalını 46-ya çatdıran “Marsel” 2-ci pillədə möhkəmlənib. 20 xala malik “Mets” isə 19-cudur.
Qeyd edək ki, “Marsel” növbəti oyununu fevralın 17-də öz meydanında “Qarabağ”a qarşı keçirəcək. UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk görüşü Bakı vaxtı ilə saat 00:00-da başlanacaq. Cavab matçı isə fevralın 24-də Bakıda olacaq.