Gürcüstanda ötən gün baş verən güclü zəlzələ nəticəsində Dmanisi rayonunun Şahmarlı kəndinin sakini Şaban Qocayevin evinə ciddi ziyan dəyib.
Boyukmillet.com xəbər verir ki, fərdi yaşayış evinin divarı uçub.
Dmanisi meri Koba Muradaşvili Şahmarlı kəndinə baş çəkib. O bildirib ki, xüsusi komissiya evin dayanıqlığını yoxlayacaq, dəymiş ziyan da hesablanacaq və Qocayevlər ailəsinə kompensasiya ödəniləcək.
Xatırladaq ki, fevralın 13-də yerli vaxtla saat 22:25-də Gürcüstanda 6,2 bal gücündə zəlzələ qeydə alınıb. Episentr Dmanisi yaxınlığındakı Sameba kəndində olub.