Şənbə , 12 Aprel 2025
Drone Cameras

Ata həbsdə olan oğluna narkotik maddə keçirmək istəyib

Ata həbsdə olan oğluna narkotik maddə keçirmək istəyib.

Penitensiar Xidmətdən verilən məlumata görə, xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İxtisaslaşdırılmış müalicə müəssisəsinə psixotrop maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

“Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək həbs edilmiş və hazırda İxtisaslaşdırılmış müalicə müəssisəsində saxlanılan şəxs Cavidan Əhmədağa oğlu İbişova atası Şirvan şəhər sakini Əhmədağa Böyükağa oğlu İbişov tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan qəndin içərisində toz şəklində şəklində gizlədilmiş ümumi çəkisi 3,850 qram olan psixotrop maddə – Preqabalin aşkar edilib. Faktla bağlı araşdırma aparılır”, – xidmətdən bildirilib.

Check Also

“Tərtər işi”ndə adı keçən Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin olunub

Təqdimat Milli Məclisdə səsverməyə çıxarılaraq qəbul edilib Keçmiş hərbi prokuror Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi …